Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada

Hit: 244
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada
  Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilər konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, konsert "Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin "Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində reallaşıb.
Konsertdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılovun tarda ifa etdiyi "Qərənfil” romansı və "Cahargah” skertsosu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
  "Qeyd edim ki, estoniyalı musiqiçilərlə birgə konsertimiz uğurlu keçdi, tamaşaçılar ifalarımızı çox isti qarşıladılar. Xüsusi ilə də, tar musiqi aləti Estoniyalı bəstəkarların diqqətini çəkdi və gələcəkdə onların milli musiqi alətləri ilə birlikdə duetlər şəklində ifa olunması barədə təkliflər aldıq. Müasir texnoloji imkanların köməyi ilə yaxın aylarda məsafələrdən canlı bağlantı ilə konsertlər təşkil etmək və s. məsələlər müzakirə olundu... Tədbirdə iştirakıma şərait yaradan təşkilatçılara, eləcə də çalışdığım Akademik Musiqili Teatrın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, – deyə A.İsmayılov səfər təəssüratlarından bölüşüb.

 









Redaktorun seçimi