Akademik Musiqili Teatrda 60-ci dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq

Hit: 311
Akademik Musiqili Teatrda 60-ci dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq

Mayın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq. 
      
Tamaşa xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub.

Tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir. 

Rollarda əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev  və  başqaları çıxış edəcəklər. 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytından əldə etmək olar.

Tamaşa saat 19:00-da başlayır.









Redaktorun seçimi