“Dejavü”nün növbəti nümayişi

Hit: 485
“Dejavü”nün növbəti nümayişi
 Azərbaycan Dövlət Pantomima Teatrı teatrsevərlərin görüşünə maraqlı tamaşa ilə gələcək. Belə ki, teatr mayın 26-da "Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.
Teatrdan  bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
 Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.
 İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.
 Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.

 









Redaktorun seçimi