Pantomima Teatrında uşaqlar üçün tamaşa

62 dəfə oxunub
Pantomima Teatrında uşaqlar üçün tamaşa
 Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, mayın 19-da teatrın səhnəsində Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu "Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
 
 Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir.
 Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.

 



Redaktorun seçimi