Şair-tərcüməçi Mircəlal Zəki vəfat edib

Hit: 818
Şair-tərcüməçi Mircəlal Zəki vəfat edib

“Sirlər xəzinəsi” və “Xosrov və Şirin”in tərcüməsiçi Mircəlal Zəki vəfat edib.

Bu barədə ONA-ya şair Əvəz Qurbanlı məlumat verib.

O bildirib ki, 74 yaşlı Mircəlal Zəki uzun müddət xəstəlikdən əziyyət çəkirdi və bu gün səhər vəfat edib.

Mircəlal Zəki 1945-ci ildə Bakının Maştağa kəndində anadan olub və ömrünün sonuna qədər orada yaşayıb. Nizami tədqiqatçısı və tərcüməçi idi. Ərəb və fars dillərini bilməklə yanaşı, şeir elmlərinin (əruz, qafiyə, bəyan, bədii, məani) mükəmməl bilicisi idi.

Mircəlal Zəki Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Xosrov və Şirini” poemalarını, Cəlaləddin Ruminin “Məsnəvi”sindən bir parçanı, Bahar Şirvaninin "Divan"ını və s. əsərləri orijinalında olduğu bəhrdə tərcümə edib.

Allah rəhmət eləsin!









Redaktorun seçimi