Ədəbiyyat Muzeyində “Açıq qapı” günü keçiriləcək

Hit: 472
Ədəbiyyat Muzeyində “Açıq qapı” günü keçiriləcək

18 may - Beynəlxalq Muzeylər günü münasibətilə mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək.









Redaktorun seçimi