“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri açıqlanıb

59 dəfə oxunub
“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri açıqlanıb

Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qalibləri müəyyənləşib. 

Faktor.azı-ın məlumatına görə, müsabiqədə 5 nominasiya üzrə 58 əsər iştirak edib. 

Qaliblər aşağıdakı şəxslərdir: 

 Nəsr nominasiyası üzrə

Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı

Mübariz Örən. “Balıq gülüşü” kitabı

Poeziya nominasiyası üzrə

Salam Sarvan. “Heykəl tənhalığı” kitabı

Vaqif Bəhmənli. “Qansız savaş” kitabı

İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı

Ədəbi tənqid və publisistika nominasiyası üzrə

Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı

Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı

Orijinaldan bədii tərcümə nominasiyası üzrə

Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı

Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı

Solmaz Amanova. “İlmənin macəraları” kitabı

Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı

Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı

Mükafatın təqdimatı mayın 17-i, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.



Redaktorun seçimi