Prezident İlham Əliyev Arif Məlikovla vida mərasimində iştirak edib

Hit: 351
Prezident İlham Əliyev Arif Məlikovla vida mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, bəstəkar Arif Məlikovun vida mərasimdə iştirak ediblər.

Faktor.az xəbər verir ki,, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

 Vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir. 

Qeyd edək ki, bəstəkar Arif Məlikov bu gün 86 yaşında dünyasını dəyişib. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunacaq. 









Redaktorun seçimi