Siyavuş Novruzovun üç kitabı işıq üzü görüb

Hit: 364
Siyavuş Novruzovun üç kitabı işıq üzü görüb

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları işıq üzü görüb.

Faktor.az “yap.org”a istinadən xəbər verir ki, elmi redaktorunun Baş nazirinin müavini, YAP Sədrinin müavini, İcra katibi, professor Əli Əhmədov olduğu “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi sistemin və tolerantlığın təşəkkül tapmasında, Azərbaycanın Avropaya inteqrasiya olunmasında və iqtisadi baxımdan dirçəlməsində, siyasi plüralizm və demokratiyanın inkişafında rolundan bəhs edən məqalələr toplanıb.

Redaktorunun Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov olduğu “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabda isə Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edən müsahibələr toplanıb.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Xalqla iqtidar birliyi” adlı kitabında isə müasir Azərbaycanın siyasi, ictimai, sosial, iqtisadi









Redaktorun seçimi