Məktəblilər “Bir Gəncin Manifesti”ni səhnələşdirdilər

Hit: 512
Məktəblilər “Bir Gəncin Manifesti”ni səhnələşdirdilər
Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında hazırlanmış, 8 may Şuşa şəhərinin işğalına həsr edilən yazıçı Mir Cəlal Paşayevin “Bir Gəncin Manifesti” romanının motivləri əsasında tamaşaya baxış keçirilib.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və başqaları iştirak edib.
 
İlk olaraq tədbir iştirakçılarına layihə ilə bağlı videoçarx təqdim edilib. Daha sonra məktəblilərin ifasında “Bir Gəncin Manifesti” romanının motivləri əsasında hazırlanmış tamaşa təqdim edilib.
 
Çıxış edən Aygün Əliyeva, Elmin İmanov, Hüseyn Əsgərov, Ramiz Göyüşov prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənc ordumuzun qısa zamanda Cocuq Mərcanlıdan başlanan qələbə zəfərinin Şuşada və digər müvəqqəti işğalda olan torpaqlarıza yayacağından əmin olduqlarını bildiriblər. 
 
Sonda bir qrup müəllim və şagird rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə təltif edilib. 
 








Redaktorun seçimi