Tanınmış Sovet bəstəkarı vəfat edib

Hit: 460
Tanınmış Sovet bəstəkarı vəfat edib

Sovet və Rusiya bəstəkarı Yevgeni Krılatov 85 yaşında vəfat edib.

TASS-ın məlumatına görə, bu barədə sənətkarın qızı Mariya Krılatova məlumat verib.

 

Ölümə səbəb ikitərəfli pnevmoniya olub. Krılatovun xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Bəstəkar 23 fevral 1934-cü ildə Sverdlov vilayətində anadan olub. Permin musiqi məktəbini bitirib. Ardınca Moskva konservatoriyasında (eyni zamanda iki fakültəsində) kompozisiya və fortepiano üzrə ali təhsil alıb.

Daha çox “Krılatıe kaçel”, “Kolıbelnaya medveditsa”, “Lesnaya olen”, “Prekrasnoe Daleko”, “Tri belıx konya” kimi mahnıların musiqisinin müəllifi kimi tanınır.









Redaktorun seçimi