“Ah, bu uzun sevda yolu”nun nümayişi

44 dəfə oxunub
“Ah, bu uzun sevda yolu”nun nümayişi
 Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən "Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Tamaşa dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
 Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
 Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanana səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.

 



Redaktorun seçimi