Xalq artisti “Məndə sığar iki cahan” və “Qafil, oyan” dedi

96 dəfə oxunub
Xalq artisti “Məndə sığar iki cahan” və “Qafil, oyan” dedi

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Xalq artisti Nəzakət Teymurovanın “Qəlb aynası” adlı solo konserti olub.

 Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, dramaturq İlqar Fəhmi Nəsimi poeziyasının dərinliyindən danışaraq, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konsertdə Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın ifasında İmadəddin Nəsiminin “Dilbəra, mən səndən ayrı”, “Məndə sığar iki cahan”, “Qafil, oyan”, “Qəlb aynası”, “Yarımı buldum” və digər şeirlərinə bəstələnmiş mahnılar və maraqlı musiqi nömrələri dinlənilib.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam etməkdədir.



Redaktorun seçimi