Bakıda musiqili-tamaşa göstəriləcək

31 dəfə oxunub
Bakıda musiqili-tamaşa göstəriləcək
 İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş "80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili-tamaşa göstəriləcək.
 
 Saraydan bildirilib ki, əfsanəvi personajın iştirakı ilə maraqlı, əyləncəli musiqili-tamaşaya hər kəsin baxa bilmək imkanı olacaq.
 Musiqili-tamaşada "Zima” uşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar təqdim ediləcək. Uşaqlar yeni məlumatlar alacaq və onlara xoş əhval-ruhiyyə bəxş ediləcək.
Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

 



Redaktorun seçimi