Prokuror-yazıçının imza günü keçiriləcək

Hit: 528
Prokuror-yazıçının imza günü keçiriləcək

Prokuror-yazıçının imza günü keçiriləcək

Aprelin 27-də Yardımlı rayonunun prokuroru, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınan yazıçı Vahid Məmmədlinin imza günü keçiriləcək.

Bu barədə Faktor.az-a V.Məmmədli özü məlumat verib: “Hər gün təxminən iki yüz nəfər mənə zəng vurub kitab istəyir. Bir o qədər də dostum deyir ki, çoxdandır görüşmürük. Elə bir o qədəri də deyir ki, bir yerdə şəklimiz yoxdur. Bir xeylisi də deyir ki, nə vaxt oturaq... Buna görə də 27 aprel 2019-cu il tarixdə saat 16:00 da Bakı şəhərində Gənclik Moll-da "Libraff" kitab mağazasında imza günüm keçiriləcək. Gəlin, həm aldığınız kitabları imzalayım, həm şəkil çəkdirək, həm də görüşüb söhbətləşək. Həsrətə son qoyaq! Gözləyəcəm”.

Səid Əhmədli

 









Redaktorun seçimi