Beynəlxalq Uşaq Kitab Günü

Hit: 819
Beynəlxalq Uşaq Kitab Günü

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə beynəlxalq uşaq kitab gününə həsr olunmuş kitab və rəsm əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı, Solmaz Amanova, Sevinc Nuruqızı, Elvira Məmmədli, uşaq ədəbiyyatı tədqiqatçısı Fizuli Əsgərlinin iştirak etdiyi tədbirdə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət 200-dən çox kitab nümayiş olunub.
 
 
 Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova deyib: "Artıq 12 ildir ki, bu tədbiri qeyd edirik. Əsas məqsədimiz uşaqların mütaliəyə və kitaba olan marağını artırmaqdır. 1953-cü ildən etibarən məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin doğum gününün beynəlxalq uşaq kitab günü kimi qeyd edilməsində əsas məqsədin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdən ibarətdir. Bu gün Andersenin "Qar kraliçası” tamaşası nümayiş olunacaq”.
 Sonra uşaqlar yazıçının əsəri əsasında səhnələşdirilən tamaşanı izləyiblər.
"Qar kraliçası” bütün nağıllarda olduğu kimi zalımlıq və xeyirxahlığın mübarizəsi mövzusundan bəhs edir və xeyrin qələbəsi ilə başa çatır.

 









Redaktorun seçimi