“Tanrıya 14 məktub” göndərildi

Hit: 882
“Tanrıya 14 məktub” göndərildi
24 noyabr tarixində Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının premyerası baş tutub.
 
Pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi  tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev,  Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırıblar.
 
Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. Oskar qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.








Redaktorun seçimi