Ancelina Coli kinodan gedir

Hit: 330
 Ancelina Coli kinodan gedir

Məşhur Hollivud ulduzu Ancelina Coli kinodan gedir.

Faktor.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə “Şerbruk Tayms” nəşri yazıb.

Məlumata görə, aktrisa doğulduğu və uzun illər yaşadığı Los-Ancelesdən Nyu Yorka köçməyə qərar verib. O, həmçinin teatr karyerasına başlamağı planlaşdırıb.

Colinin dostlarının fikrincə, aktrisanın həyatında bu cür dəyişikliyə getməsinin səbəbi aktyor Bred Pittlə ağır boşanma prosesi olub. Həmçinin ayrılıq prosesində bir çox həmkarlarının dəstəyindən məhrum olan Ancelina Coli məhz bu səbəbdən film sahəsindəki dostlarından inciyib. Belə ki, aktrisa son illərdə ona rolların könülsüz şəkildə təklif edildiyini düşünüb.









Redaktorun seçimi