Fərqli məzmunda əl işləri yarmarkası - VİDEO

Hit: 1880
Fərqli məzmunda əl işləri yarmarkası - VİDEO

“Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı ilə mart ayının 14-15-də “İçərişəhər” stansiyasının vestibülündə növbəti əl işləri yarmarkası keçirilib. 
Qeyd edək ki, ötən ilin dekabr ayında təşkil edilərək sırf sosialyönümlü aksiya olan “Əl işləri yarmarkası” istedadlı insanlara öz əl işlərini cəmiyyətə tanıtmaqda, onlara dəstək olmaqda böyük rol oynayıb. Yarmarkaya maraq və onun doğurduğu rezonans “Bakı Metropoliteni” QSC-nin yenidən bu səpkidə sosialyönümlü, tam təmənnasız layihəni keçirməsinə zəmin yaradıb. 
Budəfəki yarmarka isə ənənəvi sosial layihələrdən olsa da, fərqli məzmunu ilə sərnişinlərin və şəhərimizin qonaqlarının diqqətini çəkib. Sosial müdafiəsi xüsusi yanaşma tələb edən insanlar, fərqli sosial qrupların əl işlərinin nümayişi və satışı təşkil edilib. Təmənnasız təşkil edilən sərgi-yarmarkada Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi, Yasamal Rayon Əlillər Təşkilatı, "Üçüncü bahar" və “HandsArt” kimi fəal yaradıcı insanları ətrafında birləşdirən qrupları üçün metroda hər bir şərait yaradılıb. Xüsusi ayrılmış guşələrdə iştirakçılara verilən 30 masada dekorativ-tətbiqi sənətin müxtəlif növlərinə - xalçaçılıq, toxuma və bədii tikmə, zərgərlik, ağac üzərində bədii oymaya aid nümunələr təqdim edilib.
Yarmarka-sərgidə qədim təsviri-sənət növü olan təkəlduz nümunələri İsveçrədə keçirilən əlillərin əl işlərinə həsr edilmiş sərgidə qızıl medal qazanıb, sehrli nağıllar aləminin qəhrəmanlarına rəngarəng saplarla can verən toxuma sənətinin gözəl nümunələrini yaradan, ağac üzərində milli ornamentləri işləyən iştirakçıların istedadı nəinki Bakı metropoliteni sərnişinlərini, eləcə də şəhərimizin qonaqlarını da heyran edib.









Redaktorun seçimi