Məşhur pianoçularının regionlarda növbəti konserti Şəkidə reallaşıb

Hit: 525
Məşhur pianoçularının regionlarda növbəti konserti Şəkidə reallaşıb

Heydər Əliyev Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə martın 9-da Şəkidə altı ölkənin məşhur pianoçularının iştirakı ilə konsert proqramı təqdim olunub.

Faktor.az  Trend-ə istinadən bildirir ki, Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər.

Tanınmış pianoçular tamaşaçılar qarşısında F.Şopen, S.Prokofyev, F.Şubert, R.Şuman, F.List və digər məşhur dünya bəstəkarlarının əsərlərini solo ifa ediblər.

Qeyd edək ki, martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində "Heksameron. 6 royal" adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan "Heksameron" əsəri 6 pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. İlk belə konsert martın 8-də Gəncə şəhərində keçirilib. Musiqiçilər qarşıdakı günlərdə Şamaxı və Lənkəranda da konsertlər verəcəklər.

 









Redaktorun seçimi