Rauf Abdullayev və Elvin Hoca Qəniyevin konserti keçirilib

Hit: 390
Rauf Abdullayev və Elvin Hoca Qəniyevin konserti keçirilib

Martın 7-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert keçirilib.

Konsertdə solist qismində gənc skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Elvin Hoca Qəniyev iştirak edib.

Gecənin birinci hissəsində V.A.Motsartın skripka və orkestr üçün 4 nömrəli konserti və E.Şossonun skripka və orkestr üçün poeması, ikinci hissəsində isə P.İ.Çaykovskinin skripka və orkestr üçün konserti səsləndirilib.









Redaktorun seçimi