“Silahdaşlar” filminin təqdimatı

Hit: 447
“Silahdaşlar” filminin təqdimatı
  Fevralın 19-da "Salnaməfilm” studiyasında ekranlaşdırılan "Silahdaşlar” tammetrajlı sənədli filmi nümayiş olunub.
 Nizami Kino Mərkəzində təqdim olunan filmin quruluşçu rejissoru Nizami Abbasdır.
 
 
  Ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb, onun çəkilmə səbəblərindən danışıb. Bildirib ki, ekran əsəri 1990-cı il 20 yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. O, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu bildirib. Filmin sözügedən mövzu ilə bilavasitə bağlı olduğunu deyən R.Fətəliyev, çəkilişdə zəhməti olan hər kəsə təşəkkür edib.
Sonra ekran əsəri nümayiş edilib.

 









Redaktorun seçimi