“Naməlum Axundzadə” nümayiş olunacaq

Hit: 328
“Naməlum Axundzadə” nümayiş olunacaq
Fevralın 23-də Dövlət “YUĞ” Teatrında “Naməlum Axundzadə” tamaşası nümayiş olunacaq.
 
Teatrdan bildirilib ki, M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.
 
Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edirlər.








Redaktorun seçimi