Abdulla Şaiqə həsr edilmiş tədbir

Hit: 489
Abdulla Şaiqə həsr edilmiş tədbir
 22 fevral 2019-cu il saat 13:00-da Birinci Fəxri Xiyabanda Abdulla Şaiqin Mənzil Muzeyi Abdulla Şaiq adına 2 nömrəli kitabxana ilə birgə Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 138-ci ildönümünə həsr edilmiş tədbir keçirəcək.
 
 Tədbirdə Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun əməkdaşlarının, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun filoloq alimlərinin, Bakı muzeylərinin əməkdaşlarının, ADMİU-nun müəllim və tələbələrinin, Abdulla Şaiq adına 54 saylı orta məktəbin və Telman Abassov adına 225 saylı orta məktəbin müəllim və şagirdlərinin, Rusiya İnformasiya Mərkəzi nümayəndələrinin və KİV nümayəndələrinin iştirakı gözlənilir. 
 Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açacaq. Daha sonra söz digər qonaqlara veriləcək. Tədbirdə şagirdlər Abdulla Şaiqin bədii yaradıcılığından nümunələr səsləndirəcəklər.
 Tədbirin keçirilməsində əsas məqsəd Abdulla Şaiqin doğum günündə ədibin əziz xatirəsini yad etməkdir. 
 Tədbir Abdulla Şaiqin Mənzil Muzeyinin iş planına daxildir.
 

 









Redaktorun seçimi