Kukla Teatrının həftəlik afişası zəngindir

Hit: 348
Kukla Teatrının həftəlik afişası zəngindir
 A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.
Sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, dördü Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar fevralın 22-də "Maşa və Ayı”, "Şəngülüm, məngülüm”, 23-də isə "Əlibaba və qırx quldur”, "Durna balığı” (rus dilində) tamaşalarını izləyəcək. Həmçinin, fevralın 24-də "Tıq-tıq və taq-taq” və "Qoğal”a (rus dilində) baxa biləcəklər.
 

 









Redaktorun seçimi