Eksperimental tamaşalar festivalı

Hit: 826
Eksperimental tamaşalar festivalı
 Martın 1-dən 9-dək "Boş məkanın dolğunluğu 2” adlı eksperimental tamaşalar festivalı keçiriləcək.
Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.
 Festivalda doqquz gün ərzində ölkə teatrları, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında reallaşacaq.

 









Redaktorun seçimi