Məşhur aparıcının həyat yoldaşından fərqli addım - FOTOLAR+AÇIQLAMA

Hit: 3274
Məşhur aparıcının həyat yoldaşından fərqli addım - FOTOLAR+AÇIQLAMA

Nərmin İbrahimova: “Ən böyük arzum sırf rəssam kimi tanınmaqdır”

Fevralın 14-də Muzey Mərkəzində bu günədək daha çox stilist-vizajist kimi tanınan gənc rəssam Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb.

Faktor.az xəbər verir ki, “Məni anla” adlı sərgidə rəssamın 60-dan çox müxtəlif janrlarda olan sənət əsərləri yer alıb.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəssamın əsərlərinin məna və məzmun baxımından dolğun olduğunu deyən A.İbrahimov ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

“Sərgini qadınlara həsr etmişəm”

Nərmin İbrahimova  sərginin əsas mövzusunun xanımlar olduğunu deyir:

“Sərginin 14 fevral Sevgililər gününə düşməyi təsadüf idi. Sərgini qadınlara həsr etdim. Mən istərdim ki, bütün xanımlar sevilsin. Sərginin adı “Məni anla”dır. Əks cinsə çatdırmaq istədim ki xanımları, sevsinlər, dəyər verisinlər, anlamağa çalışsınlar. Rəsmlərin  90 faizi fəlsəfi işlərdir. Əsərlərin hər birində qadın obrazı var. Onlarda qadın hisslərini, kədərini, sevgisini canlandırmışam. Bununla demək istəyirəm ki, qadınlar heç vaxt kədərlənməsinlər, üzlərində təbəssüm olsun. Açılış möhtəşəm keçdi. Bu qədər xanımın gələcəyini gözləmirdim”.

“Qadın arxasında dağ olduğunu hiss etməlidir”

Rəssam sərginin ərsəyə gəlməsində həyat yoldaşı, tanınmış aparıcı Turan İbrahimovun dəstəyinin böyük olduğunu qeyd edir: “Mən bir qadın kimi sevilməsiydim, hörmət edilməsəydim çox çətin olardı. Qaynanam mənə dəstək olub, övladıma baxıb ki, mən də özəl həyatımla işimi bir arada apara bilmişəm. Sərginin hazırlığında hər bir şeydə həyat yoldaşımın dəstəyini hiss etdim, onun fikrini, məsləhətini aldım. Maddi xərcləri də Turan qarşıladı. Tək qadın üçün belə bir tədbirin keçirliməsi çətin olardı.Qadın arxasında dağ olduğunu hiss etməlidir. Həyat yoldaşım mənə sevgisini bir daha sübut etdi və bu sərgini mənə hədiyyə etdi”.

“Xanımlar da mənim tablomdur”

Daha çox stilist-vizajist  kimi tanınan Nərmin İbrahimova rəssam kimi tanınmağın onun üçün çox önəmli olduğunu bildirir:

“İllərdir arzulamışam ki, sırf rəssam kimi tanınım. Stilist-Vizajist işinə maddiyata görə gəldim. Düzdür, bu peşəni sevirəm. Xanımlar da mənim üçün bir tablodur, onlara əsərim kimi yanaşıram, onları gözəlləşdirə bilirəm. Ancaq təbii ki, ən böyük arzum sırf rəssam kimi tanınmaqdır. Bu qədər xanımlar məni vizaj sahəsindən tanıyıb sərgiyə gəlmişdilər, çox az sayda insan rəssam olduğumu bilirdi. Bu, mənim sırf peşəmdir, hobbim deyil. Ümid edirəm ki, bundan sonra  tək vizajist-stilist kimi yox, sırf peşəkar, Rəssamlar İttifaqının üzvü olan bir rəssam kimi tanıyarlar”.

Qeyd edək ki sərgi üç gün ziyarətçilər üçün (14-16 fevral) açıq olacaq.

Şəfanə Əfqanqızı

 

 

 









Redaktorun seçimi