Qusar Teatrında “Əsir qadın” tamaşası nümayiş olunub

Hit: 441
Qusar Teatrında “Əsir qadın” tamaşası nümayiş olunub

Yanvarın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş olunub.

Yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri əsasında hazırlanan tamaşa 20 Yanvar hadisələrinin 29-cu ildönümünü münasibətilə səhnələşdirilib.

Qırx nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mdəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.









Redaktorun seçimi