I İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək

Hit: 295
I İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək

Bakıda Azərbaycan və İtaliya kino sanəyesinin keçmişin, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyan I İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək.

Məlumata görə, festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İtaliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Ca’Foscari Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Romanın Sapienza Universiteti kimi elmi mərkəzlər ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Hər iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə bu festival onları beynəlxalq film müzakirəsində ön plana çıxarmağa kömək edəcək və beynəlxalq bazarın fəaliyyətini təşviq edəcək.

Yanvarın 25-30-da baş tutacaq festivalda Azərbaycan və İtalyan münsifləri tərəfindən seçilmiş 15 film bir neçə seans şəklində nümayiş etdirəcək .

Nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaqlar.

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovetlər birliyində regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.









Redaktorun seçimi