Unudulmaz Camal Yusifzadə - VİDEO

Hit: 710
Unudulmaz Camal Yusifzadə - VİDEO

Sonuncu açıqlamasında "Nə də çalışdığım başqa yerlərdə kimsə yada salmadı. Mən də demədim. O səbəbdən də yubileyimi keçirmədim. Görünür, hamısının öz işi var” demişdi Camal Yusifzadə.

Doğrudan da illərin amansızlığı, insanların vəfasızlığı ilə birləşəndə nə dəyərlər unudularmış. O cür unudulan, yaddan çıxan dəyərlərdən biri şübhəsiz  ki, Camal Yusifzadədir.

Ömrünü Azərbaycan televiziyası və ədəbiyyatına  həsr edən şair-dramaturq, televiziya mütəxəssisi, Azərbaycan Sovet Ensiklopediyasında Rəsul Rza ilə birgə çalışan, böyük elmi redaktor olan C. Yusifzadə, sonradan “Ədəbiyyat qəzeti”nin ən yaxşı vaxtlarında oranın şöbə müdiri kimi çalışıb.
 
Camal Yusifzadə sonradan həyatını dövlət televiziyası ilə bağlayıb. Aztv-də “Ədəbi-dram verilişləri” redaksiyasında baş redaktorun müavini və televiziyanın nəzdindəki Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifələrində çalışıb. 

Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil  ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub. 

Yol gedən karvanım heyy,

Yolun haradı belə?

Yol gedən karvanım heyy!!!

Oyaqdı bəxtim hələ.

Yol gedən karvanım heyy!!!

Dəvələrin susuzmu?

Sarvanın yuxusuzmu?

Yükün göyərən duzmu?

Vaxt axır, zaman axır,

Göy üzündən səhraya

Od kimi günəş baxır,

Soyuq üzlü ay baxır!

Yol gedən karvanım heyy!!!

Üfüqdə dirənmişik-

Gedib çatarıq axır!

Əziz

Faktor.az









Redaktorun seçimi