Ateistlərin həyat tərzi Qurana daha uyğundur - İlahiyyatçıdan açıqlama

Hit: 605
Ateistlərin həyat tərzi Qurana daha  uyğundur - İlahiyyatçıdan  açıqlama

Türk ilahiyyatçı Cemil Kılıç “Ateistlərin yaşamı Qurana daha çox uyğun gəlir” fikrinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Faktor.az xarici mediyaya istinadən xəbər verir ki, Türkiyəli ilahiyyatçı-yazar vəzifəsindən azad edilib. İctimaiyyət yazıçının bu fikirləri ilə razılaşmayıb: “Bu gün ateistlər müsəlmanlarla müqayisədə Quranın buyuruqlarına daha uyğun yaşayır və daha əxlaqlı həyat tərzi keçirirlər”.

Türkiyə mətbuatı ilahiyyatçının fikrinə tənqidi yanaşıb. “Akit” qəzetində dərc olunub: “Din qarışdı, amma o müəllim hələ də vəzifəsindədir”.

Rami Atatürk Anadolu Litseyində çalışan C. Kılıç 17 avqust 2017-ci il tarixindən “Atatürkçü, Cumhuriyyətçi İlahiyyatçılar”adı ilə yaradılan birliyə rəhbərlik edib, “Təhsil-İş Həmkarlar İttifaqı”,  “Atatürkçü Düşüncə Dərnəyi”ndə də vəzifələrdə çalışıb.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi