Aybəniz Haşımovadan maraqlı layihə

Hit: 301
Aybəniz Haşımovadan maraqlı layihə
 Əməkdar artist Aybəniz Haşımova yeni layihəsinə start verib.
 Aybəniz Haşımova  açıqlamasında bildirib ki, dahi şair, yazıçı və dramaturq Hüseyn Cavidin sözlərinə yazılan "Kor Ərəbin mahnısı”nın çəkilişlərinə başlayıb.
Onun sözlərinə görə, layihə dahi Hüseyn Cavidin 137 illiyinə həsr olunub: "İdeya müəllifi özüməm. Klip-filmin rejissoru Ceyhun Kərimov, operator isə Nadir Mehdiyevdir. Layihənin ifaçısı tələbəm, 9 yaşlı Həsən Əliyevdir. Həsən Əliyev mənim təsis etdiyim Sənət Akademiyasının şagirdidir".
 Əməkdar artist mini klip-filmin Hüseyn Cavidin həyat hekayəsindən bəhs etdiyini deyib: "Həsən Əliyevin ifasının fonunda Hüseyn Cavidin həyatı əks olunacaq. Klip-filmdə Hüseyn Cavidlə bağlı arxiv materialları yer alacaq. Ötən gün Hüseyn Cavidin Ev Muzeyində çəkilişlər aparılıb. Həmçinin dahi şairimizin doğulduğu Naxçıvanda da çəkilişlər həyata keçiriləcək. Məqsədimiz dahi Hüseyn Cavidin qarşısında borcumuzu ödəməkdir".
 Aybəniz Haşımova Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyinə öz təşəkkürlərini bildirib: "Onlar bizə çəkilişlər zamanı çox kömək etdilər. Ümumiyyətlə, bu layihədə bizə dəstək olan hər kəsə təşəkkür edirəm".

 









Redaktorun seçimi