“Pəri Cadu” – Gənc Tamaşaçılar Teatrında

Hit: 475
“Pəri Cadu” – Gənc Tamaşaçılar Teatrında
  Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nicat Kazımovun quruluşunda "Pəri Cadu” tamaşası təqdim ediləcək.
Teatrdan bildirilib ki, mistik hadisələrin kök saldığı tamaşada əsl-həqiqətdə böyük faciələr baş verir. Pəri əri tərəfindən aldadılıb atıldıqdan sonra bütün insanlıqdan, xüsusilə də kişilərdən intiqam almaq fikrinə düşür. O, İblislə əlbir olub istədiyi ailəni dağıdır. Qurbanın sadə və ağıllı ailəsi var. Lakin arvadı gözəl deyil. Bu, onu çox narahat edir. Hafizə xanımla Sayad Qurbanı ələ keçirirlər. Qurban Sayadla evləndikdən sonra başa düşür ki, Səlimə kimi namuslu qadını körpəsi ilə nahaq yerə küçələrə salıb. Varlı xanımının təhqirlərindən bezən Qurban daha ciddi faciələrə əl atır. Hafizə də, Sayad da öz əməllərinin qurbanı olurlar...
  Dramaturqun demək istədikləri bütün fikirlər səhnə təcəssümündə öz əksini tapır: İblisə uymayın, şeytani əməllərdən və fikirlərdən uzaq olun!

 









Redaktorun seçimi