YUĞ Teatrının rejissoru işdən uzaqlaşdırıldı

Hit: 324
YUĞ Teatrının rejissoru işdən uzaqlaşdırıldı

Sosial şəbəkədə vaxtilə YUĞ Teatrında rejissor kimi fəaliyyət göstərən Ər-Toğrul Kamalov həmin teatrın rejissoru Mir Sahib Ağazadənin işdən uzaqlaşdırılması haqqında xəbər paylaşıb. Məsələ ilə bağlı rejissor Mir Sahib Ağazadənin özü ilə əlaqə saxlanılıb. Rejissor açıqlamasında qeyd etdi ki, “2001-ci ildə Vaqif İbrahimoğlunun tələbəsi olaraq şəxsiyyətlərin teatrı adlanan YUĞ Teatrına qədəm qoymuşam. 18 il sonra isə YUĞ-a heç bir dəxli olmayan və YUĞ-un simasını dəyişməkdə olan “şəxsiyyətlər”in müxtəlif bəhanələri ilə teatrdan uzaqlaşdırılıram. Özü də mobil telefonuma göndərilən belə bir ismarıcla: “Salam. Nazirliyin məktubuna əsasən əmək müqavilənizə bugünkü tarixdən xitam verildi”.(teatro.az)

 









Redaktorun seçimi