“YUĞ” Teatrı maraqlı tamaşalar təqdim edəcək

Hit: 392
“YUĞ” Teatrı maraqlı tamaşalar təqdim edəcək

 

“YUĞ” Dövlət Teatrı yeni ilin ilk ayı maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrdan  verilən məlumata görə, yanvarın 6-da “Müəmmalı bir qətlin üç versiyası”, yanvarın 12-də “Quş dili” tamaşaları təqdim olunacaq. Bundan başqa, yanvarın 13-də “Təklif. Elçilik”, yanvarın 18-də “Məhşər günü”, yanvarın 26-da “Sonuncu”, yanvarın 27-də isə “Medeya.Sekvensiya-01” səhnə əsərləri təqdim olunacaq.

Qeyd edək ki, tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək.

 
 

 









Redaktorun seçimi