Polad Bülbüloğlu yenidən sədr seçildi

Hit: 407
Polad Bülbüloğlu yenidən sədr seçildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yenidən MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının Dövlətlərarası Fondunun idarə sədri seçilib.

“TASS” xəbər verir ki, seçki prosesi MDB ölkələri MƏŞ-in Moskva qərargahında keçirillib.

Səsvermədə şuranın həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Mixail Şvıdkoy, Tacikistan prezidentinin köməkçisi Abdudjabor Raxmonzod və MDB-nin humanitar əməkdaşlıq üzrə rəhbər orqanlarının digər üzvləri iştirak ediblər.









Redaktorun seçimi