Aİ "Fərqliyik, Bərabərik" adlı video layihəyə start verdi - FOTOLAR

41 dəfə oxunub
Aİ "Fərqliyik, Bərabərik" adlı video layihəyə start verdi - FOTOLAR

3 dekabr tarixində qeyd olunan Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) "Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı" (UNDP), UNİCEF, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqda "Fərqliyik, Bərabərik" adlı film hazırlayıb.

12 dəqiqəlik film ərzində layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətimizin üzvləri hesab edilməli olduğunu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğunu və digərləri ilə birgə təhsil ala biləcəyini vurğulamaq istəmişdir. Videoda əlilliyin həyatdan zövq almağa mane olmadığı vurğulanır.

"Fərqliyik, Bərabərik" adlı filminin 7 dekabr tarixində Landmark mehmanxanasının Rotunda zalında təqdimatı keçirilib. 

Mərasimdə Aİ-nın Azərbaycan Respublikasındakı səfiri Kestutis Yankauskas, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsinın səlahiyyətlərini icra edən Alessandro Frakassetti, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Edvard Karvard, "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev və digrə qonaqlar iştirak ediblər. İştirakçılar əlilliyi olan şəxsləri dəstəkləmək sahəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Tədbirin aparıcısı ASAN Radionun direktoru Emin Musavi olub.

Çıxışlardan sonra filmə baxış keçirilib.

Hazırda Azərbaycanda Avropa İttifaqının maliyyələşdirdiyi növbəti layihələr həyata keçirilir: UNICEF tərəfindən “Azərbaycanda İnklüziv Təhsilin Genişləndirilməsi”; “Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı” tərəfindən “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihələri.

2009-cu ildə Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya (UNCRPD) qoşulub. Konvensiyada əlillik tibbi və ya xeyriyyə deyil, insan hüququ məsələsi hesab edilir. Aİ-na bütün Üzv Dövlətlər Konvensiyanı imzalayıb və ratifikasiya ediblər.

1
1
1
1
1



Redaktorun seçimi