Kinosevərlərə pulsuz təqdim olunacaq

Hit: 395
Kinosevərlərə pulsuz təqdim olunacaq

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

Layihənin Bakı koordinatoru Şəhla Aslanın verdiyi məlumata görə, layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.

Qeyd edək ki, film həftəsinin ilk günü - noyabrın 23-ü, saat 20:00-da Nizami Kino Mərkəzində "Güllər" filminin qala-gecəsi reallaşacaq









Redaktorun seçimi