Azərbaycan teatrının “ƏSA”sı Naxçıvana gedir

Hit: 424
Azərbaycan teatrının “ƏSA”sı Naxçıvana gedir

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk inklüziv teatrı olan “ƏSA” teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Naxçıvan Dövlət Musiqili Dram Teatrında təqdim edəcək.

Faktor.az xəbər verir ki, amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə noyabrın 29-da baş tutacaq.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaq.









Redaktorun seçimi