Ramiz Qusarçaylı: "Müasir ədəbi mühit bataqlığa bənzəyir..."

Hit: 1003
Ramiz Qusarçaylı: "Müasir ədəbi mühit bataqlığa bənzəyir..."

***

Müasir ədəbi mühit bataqlığa bənzəyir, bu bataqlıq batdığının fərqində olmayan yazarlarla doludur.

Mühitdə ədəbi dələduzlar, ədəbi xacələr, ədəbi aşiq-məşuqlar at oynadır…

Buna millətin şeir “iltihabı” da demək olar. Ədəbi mühit təhrif olunan təriflərdən boğulur.Ədəbi tənqid ədəbiyyata riyakarlıq amfiteatrından boylanır.

Bəzi tənqidçilərin yarınmaq benefisləri anşlaqa çevrilə bilmir, əksinə, ”ədəbi izdivac”dan üzüqara çıxır.

Yaxşı ki, bu mühiti mühitində əridən şairlər də var, İntiqam Yaşar kimi şairlər… 

BU ŞƏHƏR YAĞIŞI NEYNİR, İLAHİ..

Bu şəhər yağışı neynir, İlahi,
Qəm yağır gözündən adamlarının.
Hamının yerinə and içim,- yoxdu
Xəbəri özündən adamlarının.

Düşməmiş ağıza, dilə asırlar,
Qərarı bir qansız ələ asırlar.
Özləri bilmədən elə asırlar,
Özünü sözündən adamlarının.

Bir ömür xəyala dala, baş açmaz,
Yan-yana beş başı ola, baş açmaz.
Dalınca yeriyən bala baş açmaz
Saldığı izindən adamlarının.

Hər şey bütövləşib bir tam olacaq,
Onda biz istəyən əyyam olacaq.
Bir gün ayrılanda bayram olacaq,
Əlləri dizindən adamlarının… 

İntiqam YAŞAR









Redaktorun seçimi