Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Hit: 387
Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən  bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bərham Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, plastik həllin müəllifi Ceyhun Dadaşovdur. Tragikomediya janrında hazırlanan tamaşada dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən, həmçinin Qiya Kançelinin və digər bəstəkarların musiqilərindən istifadə olunub. Don Kixot rolunu Xalq artisti Qurban İsmayılov, Sanço Pansanı Əməkdar artist Şövqi Hüseynov canlandırırlar. Tamaşada həmçinin, Əməkdar artist Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Rövşən Abbasov, İlham Əsədov, İradə Rəşidova, Könül Əbilova, Elgün Yəhyayev, Bəhram Həsənov, Xaliq Bəkirov və Tahir İsmayılov rol alıblar. Əsrlər öncə yazılmasına baxmayaraq bu gün də aktual olan əsərin vasitəsilə yaradıcı heyət insana xas mərhəmət, sevgi, saflıq kimi duyğuları ifadə etməyə çalışacaq.









Redaktorun seçimi