Müslüm Maqomayevsiz 10 il - VİDEO

Hit: 454
Müslüm Maqomayevsiz 10 il - VİDEO

Düz 10 il əvvəl - 2008-ci il oktyabrın 25-də əfsanəvi sovet müğənnisi, bəstəkar, SSRİ-nin Xalq artisti Müslüm Maqomayev vəfat edib. 

Oxu.Az “Vestnik Kafkaza” portalına istinadən xəbər verir ki, minlərlə pərəstişkarı müğənni ilə Çaykovski adına Moskva konsert zalında vidalaşıb, bundan sonra tabut xüsusi təyyarə ilə vətəni Bakıya çatdırılıb.

Fəxri Xiyabanda dəfn mərasimində Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında sadə pərəstişkarlar və prezident İlham Əliyev iştirak edib. 

 

Müslüm Maqomayev geniş yaradıcılıq fəaliyyətini ölümündən 10 il əvvəl dayandırıb. O, səhnədən sakitcə, başıuca şəkildə gedib, ancaq bəzən publika önündə peyda olub. Onun son çıxışlarından biri 2002-ci ildə Kiyevdə olub. 

Mahnının sözlərindəki “Bir-birimizsiz yaşaya bilmərik” ifadəsi sevgili cütlüklər və dostlar üçün hər zaman aktualdır. 

Maqomayevin ən sevimli mahnılarından biri də “Sinaya veçnost” (Mavi əbədiyyət) musiqisidir ki, bir çoxları bu ifanı mahnının ilk sözləri olan “O more, more” kimi adlandırırlar. 

 

Sözsüz ki, Maqomayev tamaşaçıların könlünü estrada mahnıları ilə fəth edib. Ancaq onun parlaq vokal karyerası məhz akademik mühitdən başlayıb. 

 

Və, nəhayət, unutmaq olmaz ki, Maqomayev möhtəşəm aktyor olub.

 








Redaktorun seçimi