“YUĞ” Teatrında "Cəngəllikdə" təqdim ediləcək

Hit: 613
“YUĞ” Teatrında "Cəngəllikdə" təqdim ediləcək
19 oktyabr tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək.
 
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Tamaşanın səhnə tərtibatı Vüsal Rəhimə, musiqisi Vüqar Camalzadəyə, plastik həlli Leyla Hacızadəyə aiddir.
 
Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid) və Elşən Əsgərov (II Şahid) çıxış edirlər.
 
 
 

 









Redaktorun seçimi