Bakı Bələdiyyə Teatrında “Şanlı Vətən” tamaşası olacaq - Hüsniyyə Mürvətova

Hit: 2189
Bakı Bələdiyyə Teatrında “Şanlı Vətən” tamaşası olacaq - Hüsniyyə Mürvətova

Aktrisa əməkdar artist Hüsniyyə Mürvətova işindəki yeniliklər barədə faktor.az saytına məlumat verib.

O bildirib ki, hazırda film dublyajı və teatrda məşqlərlə məşğuldur.  Aktrisa qeyd edib ki, çalışdığı Bakı Bələdiyyə Teatrında “Şanlı Vətən” tamaşası hazırlanır. Tamaşanın ideya müəllifi xalq artisti, dövlət mükafatı laurantı Amaliya Pənahova, rejissoru Mərahim Fərzəlibəyovdur. Pyesin müəllifi Çingiz Ələsgərlidir.

Hüsniyyə Mürvətova  çəkildiyi film haqda da məlumat verib. O Orxan Mərdanın prodüser olduğu “Qaragöz” filminə çəkildiyini, filmin 16 oktyabrda qala gecəsi olacağını, 18 oktyabrdan bütün kino-teatrlarda göstəriləcəyini qeyd edib. Elçin Cahangirlinin “Qorxaq”  filmində baş rolun ifaçısı olduğunu, filmdə son montaj işlərinin getdiyini bildirib.

Gültən Qədirli









Redaktorun seçimi