Qara Qarayevin ev muzeyinin açılışı olub

364 dəfə oxunub
Qara Qarayevin ev muzeyinin açılışı olub

Qara Qarayevin ev muzeyinin açılışı olub. 

Mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və bir çox ictimai xadimlər iştirak ediblər.

Nazir bildirib ki, Qara Qarayevin 100 illik yubileyi dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da geniş şəkildə qeyd olunaraq musiqi ictimaiyyətinə çatdırılıb: "Qara Qarayevin ev muzeyi yox idi. Qara Qarayev bir neçə yerdə yaşayıb yaradıb. O, burada öz gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini bu binada yaşayaraq yaradıb. Buna görə də ev muzeyi olaraq bu ev seçilib". 

Eyni zamanda mərasimdə Qara Qarayev haqqında kitabın təqdimatı da olub. 

Sonda nazir xalq artisti adına layiq görülmüş Fərəc Qarayevə mükafatını təqdim edib. 



Redaktorun seçimi