Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır

385 dəfə oxunub
Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır
 Teatrdan verilən məlumata görə, teatrın yaradıcı heyəti 145–ci teatr mövsümünü oktyabrın 2-də "Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyası ilə açacaq.
 
 Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Rolları Əməkdar artistlər Şükufə Musayeva, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva və başqaları ifa edəcəklər.



Redaktorun seçimi