Azərbaycan Türk Filmləri Həftəsində iştirak edəcək

422 dəfə oxunub
Azərbaycan Türk Filmləri Həftəsində iştirak edəcək

Azərbaycan gələn ay İstanbulda keçiriləcək Türk Filmləri Həftəsində iştirak edəcək.

10 ölkənin iştirak edəcəyi tədbirdə Azərbaycan “Qisas almadan ölmə” filmi ilə çıxış edəcək.

Ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mir-Qasim olan bu ekran əsəri "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.

Film "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır.

Tədbirin məqsədi kino sahəsində yeni istedadların açılması və bu sahədə peşəkarların əməkdaşlığının inkişaf etdirilməsidir.



Redaktorun seçimi