Şamaxıda şeir-musiqi məclisi keçirildi

397 dəfə oxunub
Şamaxıda şeir-musiqi məclisi keçirildi

Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalına start verilib. 

İmadəddin Nəsiminin heykəli önündə təşkil olunan şeir-musiqi məclisində respublikamızın mədəniyyət və incəsənət xadimləri, həmçinin xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin poeziyasından söz açıb. Sonra Xalq artisti Alim Qasımov Nəsiminin qəzəllərini ifa edib.

 

Qeyd edək ki, sentyabrın 30-dək keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.



Redaktorun seçimi