Mövlud Mövluda həsr edilən qısa film - VİDEO

289 dəfə oxunub
Mövlud Mövluda həsr edilən qısa film - VİDEO

Mərhum yazıçı Mövlud Mövludun xatirəsinə həsr olunmuş qısametrajlı film çəkilib.

Faktor.az xəbər verir ki, “Çərpələngim şahiddir” adlı 4 dəqiqəlik qısametrajlı filmin ideya müəllifi şair Elçin Aslangil, quruluşçu rejissoru və operatoru Cavad Nurdur.

Filmdə şeiri səsləndirən aktrisa Günel Məmmədova həm də “Gözləyən adam” obrazını canlandırıb. Şeirin müəllifi Elçin Aslangildir. Çəkilişlər Teleqraf Media Holdinqin ofisində aparılıb.

Qeyd edək ki, Mövlud Mövlud 2017-ci il martın 16-da dünyasını dəyişib. Bu gün mərhum yazıçının 29 yaşı tamam olur.(kult.az)



Redaktorun seçimi