Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Hit: 716
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib.

Faktor.az Trend-ə istinadən bildirir ki, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.

Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə "Asılmış vəziyyətdə" (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.

2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.









Redaktorun seçimi